İT jurnalistləri yeni nəsil “iPhone SE” smartfonunu avtonom iş müddətinə görə tənqid ediblər.
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, sözügedən aparat bazardakı digər qurğularla müqayisə edilib. İnternet səhifələrinə baxış vaxtı “iPhone SE” aparatı 9 saat 5 dəqiqə avtonom işləyib: bu, keçirilmiş sınaqda ən aşağı göstəricidir. Məsələn, “iPhone XR” 2 saat daha çox işləyib. “YouTube”dan videoları izləmə zamanı “iPhone SE” aparatının avtonom iş vaxtı 4 saat 45 dəqiqə olub. Müqayisə üçün, “Samsung Galaxy S10e” cihazında bu göstərici təxminən 8 saat təşkil edib.
“Apple”ın ən ucuz smartfonu aprelin 15-də təqdim edilib. Aparatın dizaynı ABŞ şirkətinin klassik cihazlarını xatırladır: 4,7 düymlük çərçivəli displey, “Touch ID” ilə olan “Home” düyməsi, tək kamera.
Emil Hüseynov