Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Zoom” videozəngləri şifrləmək üçün “Keybase” startapını satın alır


İstifadəçilərin təhlükəsizliyinə çox da önəm vermədiyi üçün son aylar ərzində bir neçə dəfə tənqid edilən "Zoom" videokonfranslar xidməti videozənglər üçün qabaqcıl şifrləmə texnologiyasına malik olan "Keybase" startapını satın alıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "vesti.ru" saytına istinadən yazır ki, bu, "Zoom"un tarixində ilk satınalmadır, hərçənd ki şirkət 9 il bundan əvvəl təsis edilib.

 

Şirkətin rəhbəri "CNBC" nəşrinə deyib ki, "Zoom" ən yüksək məxfilik səviyyəsi tələb edən və dəvətsiz dinləyicilərin onların söhbətlərinə giriş əldə bilməyəcəyinə əmin olmaq istəyən istifadəçilər üçün belə texnoloji həllə ehtiyac duyur.

 

Emil Hüseynov






08/05/20    Çap et