Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qabaqcıl “Meizu 17” smartfonu təqdim edilib


"Meizu" şirkəti bu gün keçirilən onlayn konfrans zamanı beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən ilk qabaqcıl "Meizu 17" smartfonunu rəsmən təqdim edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "İXBT" resursuna istinadən yazır ki, xarici görünüşünə görə digər istehsalçılardan kəskin fərqlənən "Meizu 17" nazik çərçivəli (aşağı çərçivənin eni 3,3 mm təşkil edir) ekranla təchiz edilib. 2340 х 1080 piksel təsvir ölçülü 6,6 düymlük "Samsung Super AMOLED" ekranın 92,2 faizini əhatə edir. Displey 90 QHs yenilənmə tezliyini, eləcə genişləndirilmiş dinamik diapazonu dəstəkləyir. "Super mTouch" barmaq izi skaneri ekran altına quraşdırılıb. Ekranın blokdan çıxarılma sürəti 0,15 saniyə təşkil edir.

 

20 meqapikselli ön kamera ekranın sağ yuxarı hissəsində 2,99 mm diametrli dəlikdə yerləşir.

 

Proqram təminatına gəldikdə, "Meizu 17" modeli "Snapdragon 865 5G" birkristallı sistemi, 8 giqabaytlıq operativ və 128 və ya 256 giqabaytlıq "UFS 3.1" quraşdırılmış yaddaşı ilə təchiz edilib. Smartfon "Meizu" şirkəti tərəfindən hazırlanan "mSmart 5G" texnologiyasını dəstəkləyir.

 

Əsas kamera 64 meqapikselli "Sony IMX686" təsvir sensoruna malikdir.

 

"Meizu 17" 30 vatt gücündə "Super mCharge" sürətli enerjidoldurma dəstəyinə malik 4500 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. O, smartfonu yarım saata 56 faizədək enerji ilə doldurmağa imkan verir. "NFC" modulu ilə təchiz edilən smartfonun yaxın vaxtlarda "Flyme 8.1" sisteminədək yenilənəcəyi gözlənilir.

 

Mayın 11-də satışa çıxarılacaq "Meizu 17" smartfonunun qiyməti 523 və ya 565 dollar təşkil edəcək.

 

Nizam Nuriyev






08/05/20    Çap et