Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çin 6500 metr hündürlükdə “5G” rabitə stansiyası qurub


Çinin "Huawei" və "China Mobile" şirkətləri Everest (Comolunqma) dağında dəniz səviyyəsindən təxminən 6500 metr hündürlükdə "5G" rabitə stansiyası qurub. Bu haqda "Penpay" qəzeti yazıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "tass.ru" saytına istinadən yazır ki, "hazırda heç kim dağın zirvəsinə qalxa bilmədiyinə görə biz bu yerdə siqnalı yoxlaya bilmirik, amma nəzəri cəhətdən Everest dağının zirvəsi artıq əhatə zonasındadır" – qəzet "Huawei" şirkətinin nümayəndəsi Çjan Yundan sitat gətirib. O dəqiqləşdirib ki, alpinistlərdən ibarət qrup 8300 metr hündürlükdə telefon zənginin mümkün olduğunu təsdiq edib.

 

Məlumat üçün bildirək ki, Comolunqma dəniz səviyyəsindən 8848 metr hündürlükdə yerləşir.

 

Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına görə, martın sonunda Çində "5G" beşinci nəsil rabitə baza stansiyalarının ümumi sayı 198 minə yaxınlaşıb, ölkədə "5G" xidmət paketlərindən istifadə edənlərin sayı 50 milyonu ötüb.

 

Emil Hüseynov






12/05/20    Çap et