“Catalys” şirkətinin analitiklərinin məlumatına görə, 2020-ci ilin birinci rübündə “Apple”, “Xiaomi” və “Samsung”un smartfonları daha çox satılıb.
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, 18 milyon nüsxəsi satılmış “iPhone 11” smartfonlar bazarında ən populyar cihaz olub. İkinci və üçüncü yerləri müvafiq olaraq “Xiaomi Redmi Note 8 / Note 8T” (8 milyon) və “Samsung Galaxy A51” (6 milyon) aparatları tutublar.
Analitiklər bildiriblər ki, “iPhone 11” smartfonunun liderliyi aqressiv genişmiqyaslı reklam kampaniyası və smartfonun mövqeyi ilə izah olunur.
Emil Hüseynov