Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“OLED” ekranlı ilk “Sharp” televizorları təqdim olunub


“Sharp” şirkəti Yaponiya bazarında “OLED” ekranla təchiz edilən ilk televizorları rəsmən təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “İXBT” resursuna istinadən yazır ki, “CQ1” seriyasına 55 və 65 düym diaqonallı iki model daxildir. Şirkət onların buraxılacağını bu ilin əvvəlində bəyan edib. Yeni qurğuların başlanğıc qiyməti 2600 dollar təşkil edir.

 

Məlumata görə, televizorlarda “LG Display” şirkətinin istehsalı olan “4К” təsvir ölçülü “OLED” panellərdən və yeni “Medalist S1” təsvir emalı prosessorundan istifadə olunub. Bir neçə “HDMI 2.0” portuna malik modellər “Android TV” əməliyyat sisteminin idarəetməsi ilə işləyir.

 

“Sharp” televizorların satışının coğrafiyasının genişləndirilməsi planları ilə bağlı açıqlama vermir. Bu barədə ətraflı məlumatın sentyabrda Berlində keçiriləcək “IFA 2020” sərgisində təqdim ediləcəyi gözlənilir. ABŞ bazarı ilə bağlı planların növbəti ilin yanvarında “CES 2021” sərgisində açıqlanması nəzərdə tutulur.

 

Nizam Nuriyev






13/05/20    Çap et