Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Özəl poçt sektoru inkişaf etdirilir


“Bütün sahələrdə olduğu kimi, poçt sektorunda sahibkarlığın inkişafına münbit şərait yaradılıb”- bu barədə məlumat verən  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov bildirib ki, nazirlik tərəfindən 33 özəl şirkətə poçt xidməti göstərmək üçün lisenziya verilib.
Onun sözlərinə görə, hal- hazırda bu poçt şirkətlərindən “Röyal Express” və DHL regionlarda da fəaliyyət göstərir. Azərbaycanda poçt bazarının liberal olduğunu bildirən N.Məmmədov 6 il ərzində özəl poçt sektorunun 5 dəfə inkişaf etdiyini qeyd edib.
Qeyd edək ki, dövlət poçt operatorundan fərqli olaraq əsasən kuryer poçta üstünlük verən özəl poçt sektorunun inkişafı istiqamətində konsepsiya var.




23/06/11    Çap et