Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Xiaomi Mi Router AX1800” marşrutlayıcısı “Wi-Fi 6” dəstəyinə malikdir


Çinin “Xiaomi” şirkəti “Mi Router AX1800” marşrutlayıcısını təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, yeni qurğu “Wi-Fi 6” və ya “IEEE 802.11ax” standartı dəstəyinə malikdir. Həmçinin əvvəlki nəsil “Wi-Fi” standartları, o cümlədən “IEEE 802.11ac” dəstəklənir.

 

Router 2,4 və 5 QHs tezlik diapazonlarında işləyir. Konstruksiyada stabil dairəvi əhatəni təmin edən gizli antena modulunun mövcudluğu nəzərdə tutulub.

 

Qurğunun əsasını ayrıca “NPU” moduluna malik “Qualcomm APQ6000” prosessoru təşkil edir. Operativ yaddaş tutumu 256, quraşdırılmış yaddaş 128 meqabayta bərabərdir.

 

Bundan başqa, “OFDMA” (Orthogonal Frequency-Division Multiple Access) texnologiyası tətbiq edilib, eləcə də “MU-MIMO” (Multi-user MIMO) sistemi dəstəklənir.

 

Eyni anda 128 qurğuya xidmət göstərən marşrutlayıcı qüllə formalı qara korpusa malikdir.

 

Mayın 15-dən etibarən satışa çıxarılacaq “Xiaomi Mi Router AX1800” marşrutlayıcısının təxmini qiyməti 45 dollar təşkil edir.

 

Nizam Nuriyev






13/05/20    Çap et