“Mozilla” şirkətinin populyar “Firefox” səyyahının gələcəyi şübhə altındadır. Belə ki “Mozilla” şirkəti ilə internet-nəhəng “Google” arasında əməkdaşlıq haqqında razılaşmanın müddəti bitib.
“Google” şirkəti ilə axtarış sazişi cari ilin noyabr ayında bitib və indiyə qədər uzadılmayıb. Ekspertlər qeyd ediblər ki, “Mozilla” şirkəti ən böyük gəlir mənbəyini itirə bilər.
Bundan əvvəl şirkətdən bildirilib ki, “Google” şirkəti ilə əməkdaşlıq sayəsində “Mozilla” şirkəti 2010-cu ildə 84% gəlir əldə edib. Qeyd edək ki, keçən ilin nəticəsinə görə, şirkətin gəliri 123 milyon olub (yəni, onun təxminən 100 milyon dollar axtarış nəhəngi ilə saziş nəticəsində qazanılıb).