“Acer” şirkəti Direktorlar şurasının sədri Cey Ti Vonq bildirib ki, şirkət 2011-ci ilin dördüncü rübündə ən gəlirli məhsulların satışları hesabına əvvəlki vəziyyətini bərpa etmək niyyətindədir.
Vonq, həmçinin ultrabuk tədarükləri haqqında da proqnoz verib: “Acer” şirkəti 2011-ci ilin sonuna kimi ildə 250-300 min ultrabuk istehsal etməyi hədəf seçib. Portativ kompyuterlər artıq 2-3 il sonra noutbukları tamamilə sıxışdıracaq. Bu, qiymətlərin aşağı düşməsi nəticəsində mümkün olacaq.
Hazırda ultrabukların qiyməti təxminən 900 dollardır, lakin istehsalçıların sayının artması sayəsində yaxın gələcəkdə qiymətlərin 800, hətta 700 dollar olacağı ehtimal edilir.