Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiyada “COVID-19” xəstələrinə yardım etmək üçün robotlardan istifadəyə başlayıblar


Yaponlar yeni tip koronavirusa yoluxmuş insanlara yardım etmək üçün robotlardan aktiv istifadə edirlər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “rg.ru” saytına istinadən yazır ki, hazırda Tokioda belə pasiyentlər 5 mehmanxananın ayrı-ayrı nömrələrində saxlanılır. Yaponiyanın paytaxtında yataq yerlərinin sayı az olduğuna görə yalnız ağır xəstələr tibb müəssisələrinə göndərilir.

 

“The Japan Times” nəşri yazır ki, paytaxtda ən azı iki mehmanxanada xəstələrə yardım etmək üçün yüksəktexnologiyalı qurğulardan istifadə edilir. Humanoidlər insanlara ərzaq paketlərini çatdırır, xəstələri əyləndirir və onlara ürək-dirək verirlər.

 

Pasiyentlərin sağlamlıq vəziyyətinin dinamikası haqqında məlumat toplamaq üçün xüsusi mobil proqram hazırlanıb. Xəstələr gündə iki dəfə özləri həmin proqrama lazımi məlumatları yükləyirlər. Söhbət, məsələn, həkimlərin köməyi olmadan izlənilə bilən bədənin hərarəti və başqa göstəricilərdən gedir. Bundan sonra məlumatlar həkimlərə göndərilir, ümumiləşdirilir və təhlil edilir.

 

Emil Hüseynov






15/05/20    Çap et