Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2020-ci ildə mobil telefonların satış həcmi 17% azalacaq


“Strategy Analytics” şirkətinin mütəxəssislərinin proqnozuna görə, “COVID-19” pandemiyası və sonrakı qlobal tənəzzülün mənfi təsiri səbəbindən mobil telefonların qlobal satış həcmi 2020-ci ildə 17% azalacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “5G” smartfonlar seqmenti daxil olmaqla bütün məhsul kateqoriyaları üzrə satışların azalması gözlənilir.

 

Bir sıra regionlarda beşinci nəsil şəbəkələrini dəstəkləyən aparatlara tələbat daha sabit olacaq. Söhbət Asiya-Sakit okean regionu ölkələrindən gedir. Belə ki, bu regionda Çin hakimiyyəti yeni standartın tətbiqini təşviq edir. Lakin başqa regionlar, xüsusilə Qərbi Avropa “5G” qurğuların yayılması baxımından geri qalacaq.

 

Bununla belə, mütəxəssislər hesab edirlər ki, 2020-ci ildə “5G” smartfonların qlobal satış həcmi əsasən Çin bazarının hesabına 1000% artacaq. Yeni texnologiyaya marağın artması fonunda “LTE” (4G) dəstəkli qurğuların satışı, əksinə, azalacaq. Lakin bir sıra bazarlarda, məsələn, Afrikada əvvəlki rabitə standartlarını dəstəkləyən (2G, 3G və 4G) modellərdə artım üçün kifayət qədər imkan olacaq.

 

Emil Hüseynov






15/05/20    Çap et