Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung Galaxy A21s” smartfonu təqdim edilib


“Samsung” şirkəti yeni “Galaxy A21s” smartfonunu təqdim edib. Model böyükölçülü “Infinity-O” displeyi, 48 mp təsvir ölçülü kvadrokamera, yüksək tutumlu akkumulyator və şəxsi prosessorla təchiz edilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Samsung Galaxy A21s” smartfonu 1600x720 piksel təsvir ölçülü və tərəflər nisbəti 20:9 təşkil edən 6,5 düymlük displeyə malikdir. 13 meqapiksellik ön kamera var. Arxa paneldə barmaq izləri skaneri və 48 mp-lik əsas sensordan ibarət kvadrokamera modulu yerləşdirilib.
 
Yeni smartfon 2,0 QHs takt tezlikli 8 nüvəli yeni “Exynos 850” prosessoruna malikdir. Əməli yaddaşın tutumu 3-dən 6 QB-dək, daxili daşıyıcının tutumu 32 və ya 64 QB (artırmaq mümkündür) təşkil edir. Aparat sürətli enerjidoldurma dəstəyinə malik 5000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.
 
Emil Hüseynov




16/05/20    Çap et