Milli Net 2011 Müsabiqəsində səsvermənin 1-ci mərhələsi başa çatıb. Milli Net 2011-in Dizayn, Məzmun və Texniki-texnoloji istiqamətlər üzrə formalaşdırılan 15 nəfərlik Müsabiqə Komissiyası üzvlərinin hər birisi 1-ci mərhələdə saytların qiymətləndirməsində iştirak edib.
Səsvermənin 1-ci mərhələsinin yekununda 11 Nominasiya üzrə ən yaxşılar olan
63 sayt Nominant statusu alıb.
Hazırda səsvermənin 2-ci mərhələsi başlayıb. Müsabiqə Komissiyası 15 dekabr tarixədək Nominantlar arasından hər nominasiya üzrə qalib saytları müəyyən edəcəklər.
Təşkilat Komitəsi tərəfindən hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görülür.
Bu ilki Müsabiqədə də yalnız hər Nominasiya üzrə 1-ci yerlərin qaliblərinə Müsabiqənin əsas Mükafatının - hörümçək toru əks olunan buta formasında prizin verilməsi nəzərdə tutulub.
Milli İnternet Mükafatının yekun Təqdimat mərasiminin 23 dekabr tarixdə keçirilməsi nəzərdə tutulub.
Milli Net-2011 Müsabiqəsinə Azercell və DeltaTelekom şirkətləri dəstək verirlər.
Daha geniş məlumat www.millinet.az saytında yerləşdirilib.