Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Almaniyalı məmurlara “WhatsApp”dan istifadənin təhlükəli olması haqqında xəbərdarlıq edilib


Almaniya hökumətinin məlumatların mühafizəsi məsələləri üzrə müvəkkili Ulrix Kelber ölkənin federal məmurlarını “WhatsApp”dan istifadənin təhlükəli olması ilə bağlı xəbərdar edib. Onun sözlərinə görə, messencer mesajların göndərilməsindən sonra insan haqqında müxtəlif məlumatlar toplayır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, Kelberin belə xəbərdarlıq məktubu Almaniyanın bütün federal nazirliklərinə göndərilib. Məktubda qeyd edilir ki, mesajların göndərilməsindən sonra “WhatsApp” messenceri tərəfindən toplanılmış bütün məlumatlar “Facebook” şirkətinə məxsusdur. Bu, İP ünvanlar, istifadəçinin olduğu yer, smartfon, mesajın göndərilmə vaxtı haqqında informasiya ola bilər.

 

Bu məlumatlar əsasında yalnız insanın peşə və ya maliyyə durumu haqqında deyil, hətta sağlamlığı haqqında informasiyanı özündə saxlayan ətraflı bir profil tərtib etmək mümkündür.

 

Emil Hüseynov






18/05/20    Çap et