Suriya hökuməti ölkədə “iPhone” smartfonlarından istifadəni qadağan edib,- Livanın “Al Nashara” xəbərlər saytına istinadən İsrailin "Qaares" qəzeti yazıb.
“Al Nashara” jurnalistləri Suriya Maliyyə Nazirliyinin Gömrük Departamenti tərəfindən çıxarılmış aparatın qadağan edilməsi haqqında qətnamə surəti ilə tanış olublar.
Qeyd edilib ki, telekommunikasiya tənzimçisi “iPhone” smartfonunda qadağan edilmiş xüsusiyyətlər aşkarlayıb. Məhz hansı xüsusiyyətlər olduğu bildirilmir.Həmçinin bildirilib ki, aşkar edilmiş aparatlar müsadirə ediləcək və onların sahiblərinə sanksiyalar tətbiq ediləcək.
"Qaares" xəbər verib ki, qadağa internetdə “iPhone” smartfonunun kamerası ilə çəkilmiş Suriya prezidenti Başar Əsəd rejiminə qarşı etiraz aksiyasının amansız yatırılması videosundan sonra qoyulub.