Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropada İT bazarının həcmi pandemiyaya görə 5% azalacaq


“International Data Corporation” (IDC) analitik şirkəti “COVID-19” pandemiyasının Avropanın İT bazarına təsirini qiymətləndirib. Mütəxəssislərin fikrincə, 2020-ci ildə regionda proqram təminatı, avadanlıq və İT xidmətlər üzrə xərclər 487 milyard dollar təşkil edəcək ki, bu da 2019-cu illə müqayisədə 4% aşağıdır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, bir çox ölkələrdə karantin məhdudiyyətlərinin yumşaldılmasına baxmayaraq, şirkətlər əvvəlki kimi il ərzində ciddi problemlərlə üzləşəcək və nəqliyyat, özəl və istehlak xidmətləri kimi sahələr daha ciddi zərərə məruz qalacaq. Cari ildə Avropada bu sahələrdə ümumi İT xərclərinin 11,6% azalacağı gözlənilir.

 

Mütəxəssislərin fikrincə, koronavirus pandemiyasının yaratdığı problemlər İKT şirkətləri üçün nəhəng biznes imkanları yaradır. Bunlar, xüsusən, yeni rəqəmli platformalar, kontaktsız ödənişlər və böyük məlumatlarla (Big Data) iş texnologiyalarının inkişafı ilə bağlıdır.

 

Digər imkanlar tibbi onlayn xidmətlərlə bağlıdır, çünki virus səhiyyə sistemlərinin rəqəmli transformasiyasını sürətləndirir. Bundan başqa, robotların, distant təhsil və elektron ticarətin tətbiqi, həmçinin “ağıllı” şəhərlərin inkişafı üçün yeni imkanlar yaradılır.

 

Emil Hüseynov






19/05/20    Çap et