ABŞ-da hər il müxtəlif smartfon sahibləri arasında müştərilərin məmnunluq indeksi tərtib edilir – “Apple” uğurlu qurğuların sayına görə lider olub, lakin bütün modellər arasında “Samsung”un 2018-ci ildə istehsal edilmiş qabaqcıl smartfonu ən yaxşı adına layiq görülüb.
“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, müştərilərin məmnunluq indeksi sorğular vasitəsilə tərtib edilir – təşkilat müxtəlif smartfon sahiblərindən öz qurğularından razı olub-olmadığı barədə soruşurlar. Sorğu 15 aprel 2019-cu ildən 20 mart 2020-ci ilədək 27 min istifadəçi arasında aparılıb. Bu haqda “Appleinsider.com” nəşri yazır.
İstehsalçıların reytinqində ən yaxşı smartfonlar “Apple” şirkətinə məxsus olub – bütün “iPhone” smartfonlarının 82%-i öz qurğularından razıdır. “Samsung Galaxy” smartfonlarında bu göstərici 81% olub. 79% məmnunluq indeksinə malik “LG” şirkətinin smartfonları üçüncü yerdə qərarlaşıb.
Emil Hüseynov