Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Molibdenit materialdan hazırlanan çiplər
İsveçrənin Lozanna Federal politexnik məktəbinin mühəndislər qrupu iddia edirlər ki, onlar ilk dəfə olaraq yeni və çox perspektivli material – molibdenit əsasında mikroçip hazırlamağı bacarıblar.
Mühəndislər bildiriblər ki, molibdenitdən hazırlanan çiplərin ölçüsü əhəmiyyətli dərəcədə kiçikdir və klassik silisium çipləri ilə müqayisədə az enerji istehlak edir.
İsveçrə alimləri bildirirlər ki, molibdenit kimi mineralın elektron və fiziki üstünlüklərini bir neçə il araşdırıblar və hal-hazırda onun praktik istifadəsinə başlamağa hazırdırlar.
Müəlliflər bildirirlər ki, nanoelektronika və nanostrukturun yerli laboratoriyasında hazırlanmış çip komponentlərin miniatürləşdirilməsi (kiçilməsi), elektrik istehlakı və hətta mexaniki elastiklik imkanına görə silisium çiplərini üstələyir.
Molibdenitdən hazırlanan yeni tranzistorlar barəsində alimlər bildiriblər ki, onlar silisiumdan yalnız kiçik ölçüsü ilə deyil, həm də sürətli hesablama əməliyyatları aparması ilə fərqlənir.
06/12/11 Çap et