Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2 mindən artıq onlayn bilet satılıb


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) onlayn bilet satışını uğurla həyata keçirir. QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun bildirdiyinə görə, dəmir yolunda biletlərin onlayn satışının tətbiqinə başlanıldığı iki həftədə sərnişinlərə 2 mindən artıq bilet satılmışdır. Onlayn biletlər həm xarici, həm də daxili istiqamətdə hərəkət edən qatarlara alınmışdır.


Ümumi olaraq noyabr ayında sərnişin qatarlarına 71 min bilet satılmışdır. Biletlərin 11 mini beynəlxalq istiqamətlərdə, 60 mini isə daxili istiqamətlərdə hərəkət edən qatarlara alınmışdır.






06/12/11    Çap et