ABŞ-ın “Microsoft” korporasiyası “Windows 10” əməliyyat sistemi üçün “Windows 10 May 2020 Update” adlı yeniləməsini təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, əsas yeniliklərdən biri inteqrasiya edilmiş “Linux” nüvəsinə malik “Windows for Linux” (WSL2) alt sisteminin ikinci versiyası olub. Məlumata görə, nüvə “Windows Update” vasitəsilə yenilənəcək.
Bundan başqa, “Cortana” səs köməkçisinə də dəyişikliklər edilib. İndi onu tapşırıqlar panelindən deaktiv etmək və başqa ünsiyyət üsulunu (mətn və ya səslə) seçmək olar.
Sistem yeniləmənin yeni versiyasını avtomatik quraşdırmağı təklif edir. Lakin yeniləmənin mövcudluğunu sazlamalarda “Update & Security” ("Yeniləmə və təhlükəsizlik") vərəqinə keçib “Windows Update”i açmaqla yoxlamaq da olar.
1975-ci ildə sahibkarlar Bill Qeyts və Pol Allen tərəfindən təsis edilmiş “Microsoft” müxtəlif qurğular üçün proqram təminatının hazırlanması üzrə ən böyük korporasiyalardan biridir. Şirkətin mənzil-qərargahı Redmond şəhərində yerləşir.
Emil Hüseynov