Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Meizu MX” smartfonu yanvar ayının 1-də satışa çıxarılacaq
Çinin “Meizu” şirkəti “MX” flaqman smartfonunu təqdim edib.Bildirilib ki, yanvar ayının 1-də satışa smartfonun 1,4 QHz takt tezlikli 2 nüvəli “Samsung Exynos 4210” prosessoru və daxili 16 Qb fləş-yaddaşla təchiz edilmiş versiyası çıxarılacaq. Bundan sonra, 2012-ci ildə dördnüvəli çip və 32 QB tutuma malik daşıyıcı ilə olan model satışa çıxarılacaq.
Smartfon 1 Qb əməli yaddaş, “Wi-Fi” və “Bluetooth” simsiz əlaqə adapterləri, “GPS” qəbuledicisi, 0.3 meqapikselli ön kamera, panorama çəkiliş funksiyası və 1080p formatında saniyədə 30 kadr sürətlə yüksək dəqiqlikli video yazma imkanı ilə olan 8 meqapikselli arxa kamera ilə təchiz edilib.
Qurğunun sensor ekranının ölçüsü 4 düymdür; kəskinliyi 640×960 nöqtəyə bərabərdir. 2 ədəd mikrofon, “MicroUSB” və 1600 mA/saat tutumunda akkumulyator batareyasının olacağı bildirilir. Aparatın qalınlığı 10,3 mm təşkil edir.“HSPA+” mobil şəbəkələrində işi dəstəkləyir.
06/12/11 Çap et