Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Orta qiymət sinfinə məxsus ən güclü smartfonların reytinqi tərtib edilib


Mobil qurğuların məhsuldarlığını qiymətləndirmək üçün nəzərdə tutulmuş “AnTuTu” proqramının yaradıcıları may ayı üçün orta sinfə məxsus ən güclü “Android” smartfonlarının reytinqini tərtib ediblər. 400 mindən çox bal toplamış və “Dimensity 1000L” prosessoru ilə təchiz edilmiş “Oppo Reno3 5G” modeli reytinqin lideri olub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, “MediaTek” çipi ilə təchiz edilmiş “Reno3 5G” modeli 403607 bal toplayıb. “Huawei Kirin 985” prosessoru ilə təchiz edilmiş və 387583 bal toplamış “Honor 30” smartfonu ikinci, “Huawei Nova 7” smartfonu isə üçüncü olub.

 

Reytinqin dördüncü, beşinci və altıncı yerlərində, həmçinin “Huawei” şirkətinin aparatları qərarlaşıblar: “Honor 30S”, “Honor X10” və “Huawei Nova 7 SE”. 7-ci yerdə “Snapdragon 765G” prosessoru ilə təchiz edilmiş “Oppo Reno3 Pro 5G” yer alıb. Bir ay əvvəl dördüncü yeri tutmuş “Snapdragon 765G” çipi ilə təchiz edilmiş “Redmi K30 5G” aparatı ilk onluqda qərarlaşıb.

 

Emil Hüseynov






03/06/20    Çap et