Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Sosial şəbəkələri qadağan edən şirkətlərin sayı artıb
Rusiya şirkətlərinin 63%-i iş yerlərində "ВКонтакте", "Одноклассники" və “Facebook” kimi sosial şəbəkələrdən isifadəni qadağan edib. Bu barədə “Superjob” şirkətinin tədqiqatında bildirilib.
Beləliklə, son üç il ərzində öz əməkdaşlarına sosial şəbəkədə olmağı qadağan edən işə götürənlərin payı 10 faizdən çox artıb.
Bir çox hallarda işə götürənlər qadağan səbəbi kimi sosial şəbəkələrin iş üçün lazım olmadığını bildirirlər. Belə qadağalar ştatı 5 min əməkdaşdan artıq olan iri şirkətlərin əksəriyyətində qüvvədədir.
Rusiyada ən məşhur sosial şəbəkə hesabların (təxminən 100 milyon) və ziyarətçilərin gündəlik (20 milyondan çox) sayına görə rəqibləri əhəmiyyətli dərəcədə qabaqlayan "ВКонтакте" sayılır .
Dünyada ən məşhur sosial şəbəkə “Facebook” Rusiya bazarında hələ ki yerli resurslara "ВКонтакте", "Одноклассникi" və "Мой мир"ə uduzur.
23/06/11 Çap et