“Trans-Avrasiya Super İnformaiya Magistralı” (TASİM) layihəsini reallaşdırmaq üçün beş ölkənin – Rusiya, Azərbaycan, Türkiyə, Qazaxıstan və Çinin aparıcı telekommunikasiya operatorları arasında konsorsiumun yaradılmasına dair müzakirələr gedir.
TASİM regionların təqribən 20 ölkəsini əhatə edəcək və yüksək səviyyədə inkişaf etmiş iki nəhəng qonşu regionu - Qərbi Avropa və Sakit okean hövzəsində yerləşən Şərqi Asiya regionlarını birləşdirəcək informasiya magistralı yaradacaqdır. Hazırda region ölkələri və beynəlxalq təşkilatlarla birgə fəaliyyət həyata keçirilir.