Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sinqapurda koronavirusa yoluxmaların izlənilməsi üçün sakinlərə çip paylamaq istəyirlər


Sinqapurda koronavirusa yoluxmaların izlənilməsi üçün sakinlərə çip paylamaq istəyirlər. Çip kiçik qurğuya yerləşdiriləcək və onu çantada gəzdirmək olar.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki,  qurğu koronavirus daşıyıcıları ilə təmasda olmuş insanları müəyyənləşdirəcək. Smartfondan asılı olmayacaq cihazı Sinqapurun hər bir sakininə paylamaq nəzərdə tutulub.
 
Lakin xüsusi daşınan qurğular mütəxəssislərdə narahatçılıq yaradıb. Onlar qeyd ediblər ki, istifadəçilər üçün cihaz tərəfindən hansı məlumatların  hara ötürülməsini araşdırmaq çətin olacaq.
 
Emil Hüseynov




06/06/20    Çap et