Tanınmış iqtisadçı, Massaçusets Texnologiya Universitetinin professoru David Asemoqlu və Boston Universitetindən Paskual Restrepo robot texnikasının əmək bazarına təsirini qiymətləndiriblər. Məlum olub ki, 1990-cı ildən 2007-ci ilədək ABŞ-da hər bir yeni robotun yaradılması ilə əhalinin sayı üzrə məşğulluq nisbəti orta hesabla 0,2% azalıb. Beləliklə, hər yeni robot təxminən 3,3 işçini əvəz edib. Həmin dövrdə robotların yayılmasına görə işçilərin maaşları təxminən 0,4% azalıb. Bu təsir region və sahədən asılı olaraq dəyişir. Lakin robotların tətbiqi başqa sahələr və regionlar üçün müsbət nəticələr (qiymətlərin azalması nəticəsində) də doğurur.
“ICTnews” Elektron Xəbər Xidməti “computerworld.ru” saytına istinadən yazır ki, müəlliflər bildirirlər ki, istehsalın robotlaşdırılması gəlir bərabərsizliyini artıra bilər, çünki robotlar əsasən aşağı və orta ixtisaslı işçiləri əvəz edirlər. Robotlarla rəqabət səbəbindən onların maaşı azalır.
Emil Hüseynov