“Juniper Research”in analitikləri inteqrasiya edilmiş fitnes funksiyalarına malik “ağıllı” geyim satışlarının həcminin 10 dəfə artacağını proqnozlaşdırırlar. Belə geyimin qiymətinin baha olmasını nəzərə alaraq, 2025-ci ilədək bu seqmentin sağlamlığın qorunması və fiziki formanın saxlanılması üçün daşınan elektronika bazarında gəlir həcminə görə birinci yerə çıxacağı təxmin edilir.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, mütəxəssislərin proqnozlarına görə, 2020-ci ildə “ağıllı” geyim satışlarından təxminən 1 milyard dollar əldə ediləcək, 5 il sonra bu göstərici 11 milyard dollaradək artacaq. Bu halda istehlak daşınan elektronikanın ənənəvi növlərinin qiyməti ucuzlaşacaq, buna görə də “ağıllı” geyim seqmenti gəlirin həcminə görə lider olacaq.
Emil Hüseynov