"Xiaomi" şirkəti yeni ucuz "Redmi 9" smartfonunu təqdim edib.
"ICTnews" Elektron Xəbər Xidməti "vesti.ru" saytına istinadən yazır ki, "Redmi 9" smartfonu "Gorilla Glass 3" qoruyucu şüşəsi ilə təchiz edilmiş "Full HD " təsvir ölçülü 6,53 düymlük maye kristal ekrana malikdir.
"Redmi 9" smartfonu "Helio G80" prosessoru ilə təchiz edilib. Arxa paneldə 4 kamera yerləşdirilib: 13 meqapiksellik (mp) obyektivə (f/2,2) malik əsas kamera, 8 mp-lik genişbucaqlı (f/2,2), 5 mp-lik makroobyektiv (f/2,4) və 2 mp-lik dərinlik sensoru. Ön kameranın təsvir ölçüsü 8 mp-dir.
5020 milliamper/saat tutumlu batareya 18 vatt gücündə sürətli enerjidoldurma texnologiyasını dəstəkləyir. Həmçinin "USB-C" portu, qulaqlıqlar üçün 3,5 mm-lik konnektor, "Bluetooth 5.0", FM radio və "Wi-Fi 802.11 b/g/n" (2,4 QHs) var. Təmassız ödənişlər üçün "NFC" çipinin mövcudluğu regiondan asılı olacaq.
Avropada 3 QB əməli yaddaş və 32 QB daxili yaddaşa malik "Redmi 9" aparatının qiyməti 149 avro təşkil edəcək.
Emil Hüseynov