Hərracların nəticəsinə görə “Apple” və “Microsoft” dünyada ən bahalı şirkət elan edilib. Bu o deməkdir ki, hər bir şirkətin kapitallaşdırma dəyəri 1,5 trilyon dolları ötüb. Bu, şirkətlər üçün rekord göstəricidir.
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, şirkətin bazar kapitallaşdırma dəyəri tədavülə buraxılmış bütün səhmlərin qiymətinin toplanması yolu ilə hesablanır. “Apple” şirkətində bir səhmin qiyməti 352,84 dollar, “Microsoft”da isə 196,84 dollar təşkil edib.
Texnologiya şirkətlərinin səhmlərinin qiyməti koronavirus pandemiyası vaxtı sürətlə yüksəlir. Məsələ ondadır ki, investorlar indi bu şirkətlərin səhmlərini ən təhlükəsiz hesab edirlər.
Emil Hüseynov