ABŞ-ın “Microsoft” korporasiyası polis tərəfindən bu sistemin istifadəsini tənzimləyən qanunvericilik hazırlanmayana kimi ABŞ-ın hüquq-mühafizə orqanlarına öz üz tanıma texnologiyasını satmayacaq. Bu haqda “The Washington Post” qəzetinə müsahibəsində şirkətin prezidenti Bred Smit deyib.
“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, "biz bu texnologiyadan istifadəni tənzimləyəcək insan hüquqlarına əsaslanan milli qanun qəbul edilməyənədək üz tanıma sistemini ABŞ polisinə satmayacağıq" – Smit bəyan edib.
Bundan əvvəl ABŞ-ın “IBM” və “Amazon” korporasiyaları, həmçinin üz tanıma texnologiyalarını hüquq-mühafizə orqanlarına satmaqdan imtina ediblər.
Emil Hüseynov