Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“HTC” smartfonlarının satışları 30% azalıb


“HTC” şirkəti smartfonlarının satışları noyabr ayında əhəmiyyətli dərəcədə azalıb. Ötən ay “Android” aparatlarının satışlarından Tayvan istehsalçısının əldə etdiyi gəlir oktyabr ayı ilə müqayisədə 30%, keçən ilin analoji dövrü ilə müqayisədə isə 20% azalıb,- “Röyters” agentliyi bildirib.

"Bu, mobil qurğular bazarının nə qədər dəyişkən olduğuna bir daha sübutdur" — “Strand Consult” şirkətinin analitiki Con Strend qeyd edib. Onun sözlərinə əsasən, “Apple” pərəstişkarları yeni “iPhone” istəyirlər, “HTC” qurğu  istifadəçilərinin isə Tayvan şirkətindən yeni smartfon almaq arzuları yoxdur.

Son 6 ay ərzində “HTC” şirkəti səhmlərinin dəyəri 62% azalıb. “İDC” şirkətinin məlumatlarına əsasən, şirkət üçüncü rübdə smartfon bazarının təxminən  11%-nə nəzarət edirdi. “Samsung”, “Apple” və “Nokia” şirkətlərindən sonra üçüncü yerdə yerləşmişdi.





07/12/11    Çap et