Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Huawei” dünyada ən böyük smartfon istehsalçısı olub


2018-ci ildə "Huawei" şirkəti "Apple"ı geridə qoyaraq dünyada ən böyük smartfon tədarükçüsü hədəfinə daha da yaxınlaşmışdı. ABŞ tərəfindən qoyulmuş sanksiyalar və koronavirus pandemiyası Çinin texnologiya nəhənginin iddialı planına maneçilik yaratsa da, "HUAWEI" öz istədiyinə nail olmağı bacarıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, "Counterpoint Research" tədqiqat şirkətinin hesabatına əsasən, bu ilin aprelində "HUAWEI" şirkəti ilk dəfə olaraq digər smartfon istehsalçıları ilə müqayisədə daha çox smartfon tədarük edib. Belə ki, apreldə Çin şirkətinin bazar payı 19% təşkil edib, Cənubi Koreya nəhəngi "Samsung" şirkətinin göstəricisi isə yalnız 17% olub. Lakin hələ ki ikinci rübün nəticələri barədə məlumat yoxdur.

 

Emil Hüseynov






16/06/20    Çap et