Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

5 min Avstraliya saytı dağıdılıb


Son bir neçə ayda fəallaşmış hakerlər bu dəfə təxminən 5 min Avstraliya saytını sındırıb. “Sydney Morning Herald”ın məlumatına görə, kibercinayətkarlar “Distribute.İT” hostinq-provayderinə hücum ediblər.
Şirkətdən bildiriblər ki, serverlərdən silinmiş informasiyanı bərpa etmək mümkünsüzdür.
Hakerlər məlumatları “Distribute.İT”-in 4 serverindən siliblər. "Hadisənin araşdırılması gedişatında bizim ən qorxduğumuz hal baş verib: hücum vaxtı, serverləri bərpa etməyə icazə verə bilən əsas ehtiyat surət və digər informasiyalar silinib" - hostinq-provayderin nümayəndəsi bildirib.
Şirkət müştərilərin digər hostinq-provayderlərə keçməsinə kömək etmək üçün bacardığı hər şeyi etməyə söz verib. İndi “Distribute.İT”, şübhəsiz ki, həm adi istifadəçilərdən, həm də ticarət şirkətlərindən çoxlu iddialar gözləyir.




23/06/11    Çap et