Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Xiaomi” şirkəti yüksək səviyyədə qorunan çamadanın yeni versiyasını təqdim edib


“Xiaomi” şirkəti alüminium-maqnezium ərintisindən hazırlanmış metal çamadanının birinci versiyasının buraxılışından 3 il sonra yeni modelini elan edib. Yeni model daha böyük tutuma və kod qıfıllarına malikdir ki, bu da onu daha təhlükəsiz edir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, əvvəlki model kimi yeni çamadan da davamlı alüminium-maqnezium ərintisindən işlənib hazırlanıb. Bu halda çərçivə eyni ərintidən, lakin altıncı seriya ilə hazırlanıb ki, bu da zərbələrə qarşı daha böyük dayanıqlılığı təmin edir. Bundan başqa, bütün künclər əlavə olaraq gücləndirilib. Məhsulun çəkisi 4,1 kq-dır.

 

Çamadan düz tipli iki kod qıfılı ilə təchiz edilib ki, bu da onun içində olan predmetləri kənar şəxslərdən qorumağa imkan verir. İstehsalçı əvvəlki nəsillə müqayisədə, həmçinin açılış mexanizminin işini sürətləndirib. Aşağı hissədə 360 dərəcə fırlana bilən 4 yüksək elastik və davamlı çarx yerləşdirilib.

 

Çamadanın eni 203-dən 215 mm-dək, tutumu isə 31-dən təxminən 35 litrədək artırılıb. Çamadanın içərisində əşyaların fiksiyası üçün çıxarıla bilən arakəsmə və tənzimlənən Y şəkilli kəmər nəzərdə tutulub.

 

“Xiaomi” şirkətinin yeni çamadanı artıq Çində 141 dollara satılır.

 

Emil Hüseynov






17/06/20    Çap et