Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada ən populyar smartfonlar məlum olub


2020-ci ilin birinci rübünün nəticəsinə görə, “Apple” bahalı smartfonlar seqmentində liderdir. Bu haqda “CounterPoint” tədqiqat agentliyi məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, yuxarıda göstərilən dövrdə dünyada ən populyar 5 bahalı smartfondan 4-ü “Apple” şirkəti tərəfindən istehsal edilib. 30% paya malik “iPhone 11” aparatı liderdir. Növbəti yerlərdə “iPhone 11 Pro Max”, “11 Pro” və “XR” qurğuları qərarlaşıblar. 3% bazar payına sahib olan “Huawei Mate 30 Pro 5G” aparatı ilk beşlikdə yer alıb.

 

Bu seqmentdə “Apple” brendinə məxsus satılmış smartfonların ümumi payı 57% təşkil edib. “Samsung”, “Huawei” və “Oppo” aparatlarında bu göstərici müvafiq olaraq 19, 12 və 3% təşkil edib. Analitiklərin qiymətləndirməsinə görə, ilin birinci rübündə satılmış smartfonların ümumi sayının 22%-i bahalı qurğuların payına düşüb. Bu sinfə məxsus qurğular istehsalçılara təxminən 57% gəlir qazandırıb.

 

Emil Hüseynov






18/06/20    Çap et