Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Motorola Mobility” şirkəti yeni nəsil planşetlərini təqdim edib (VİDEO)


Dekabr ayının sonuna kimi “Verizon Wireless” operatoru “Motorola Mobility” şirkətinin 2 yeni planşet kompyuterinin – “Droid Xyboard 10.1” və “8.2”  satışlarına başlayacaq.

Təqdim edilmiş qurğular 1,2 QHs takt tezliyi ilə ikinüvəli prosessor, 1 Qb əməli yaddaş, 1.3 meqapikselli ön kamera və 5 meqapikselli arxa kamera,  “Wi-Fi” (802.11a/b/g/n) və “Bluetooth” simsiz əlaqə adapterləri ilə təchiz edilib.

Planşetlər “LTE” mobil şəbəkələrində işi dəstəkləyir: “4G” dəstəklənən ərazilərdə istifadəçilər məlumatları 12 Mbit/s-ə qədər sürətlə yükləyə biləcəklər; əks-kanalın (baza stansiyasına tərəf) ötürmə sürəti 5 Mbit/s-ə qədərdir.

“Droid Xyboard 10.1” modeli “Gorilla Glass” qoruyucu şüşəsi ilə 10,1 düymlü sensor ekranla təchiz edilib; elektron qələm vasitəsi ilə idarə etmə dəstəklənir.

Planşetlərə “Android 3.2” (Honeycomb) əməliyyat sistemi quraşdırılıb, sonra “Android 4.0”-ə (Ice Cream Sandwich) qədər yeniləmək mümkün olacaq.






07/12/11    Çap et