“Awake Security” şirkətinin mütəxəssisləri bildiriblər ki, istifadəçilər “Chrome” brauzeri üzərindən 32 milyon dəfə casus proqramı yükləyiblər. Bu proqram təminatı axtarış tarixçəsi haqqında və başqa məlumatları toplayır.
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, məlumata görə, zərərverici proqramlar brauzer üçün müxtəlif genişlənmələrin yüklənməsi vasitəsilə kompüterlərə düşüb. Məsələn, avtomatik mətn tərcüməçisi, fayl çeviriciləri, hava proqnozunu göstərən vidcetlər quraşdıran istifadəçi cinayətkarların hədəfinə çevrilib. Bəzi hallarda istifadəçinin brauzerdəki əməliyyatlarını izləmək üçün genişlənmələrə əlavə funksiyalar quraşdırılıb.
Mütəxəssislər hələ ki casus proqramının kimin tərəfindən yaradıldığını müəyyənləşdirə bilməyiblər.
Bundan başqa, “Google”un komandası tərəfindən casus funksiyalarına malik təxminən 70 genişlənmənin silinməsi haqqında məlumat verilib.
Emil Hüseynov