“Gartner” analitik şirkətinin analitiklərinin informasiya təhlükəsizliyi və riskləri idarəetmənin təmin edilməsi üçün texnologiyalara qlobal xərclər üzrə proqnozu ürəkaçan deyil.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, 2019-cu ilin dekabrında mütəxəssislər bildirmişdilər ki, 2020-ci ildə informasiya təhlükəsizliyi texnologiyaları üzrə xərclər 8,7% yüksələcək. İndi isə 2,4% səviyyəsində artım gözlənilir.
"Biz təxmin edirik ki, “COVID-19” pandemiyasına görə İT sahəsinin digər istiqamətləri kimi informasiya təhlükəsizliyi sektoru da zərərə məruz qalacaq. Ümumilikdə 2020-ci ildə kibermüdafiə üçün proqram təminatı və xidmətlərə xərclərin artım tempində azalma gözləyirik” – “Gartner”in vitse-prezident Gartner Lourens Pinqri deyib.
Bununla yanaşı, mütəxəssislər bildiriblər ki, “bulud” texnologiyaları və abunə xidmətlərindən istifadənin genişlənməsi informasiya təhlükəsizliyi bazarının bəzi seqmentlərinə şərait yaradır. Məsələn, “bulud” texnologiyalarında kibertəhlükəsizlik həllərinə xərclərin 30% artımı gözlənilir.
Emil Hüseynov