Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Mark Sukerberqin şəxsi fotoları internetdə yayılıb
Mark Sukerberq “Facebook” şəbəkəsindəki boşluğun qurbanı olub. Məxfilik sazlamalarındakı nasazlıq nəticəsində istifadəçilərin şəxsi fotoları hamı üçün açıq olub,- “The Daily Mail” yazıb. “Facebook” mütəxəssisləri problemi aradan qaldırıblar, lakin Mark Sukerberqin şəxsi fotoları internetdə yayılıb.
Bəzi fotolarda sosial şəbəkə banisi öz əli ilə öldürdüyü heyvanlarla təsvir edilib. Həmçinin, “Facebook” rəhbərinin Amerika prezidenti ilə fotoları da yayılıb, lakin fotoların əksəriyyətində dostu Prissilla Çan da yer alıb.
07/12/11 Çap et