“Apple” şirkəti öz əməliyyat sistemlərinin yeni versiyalarının elanı ərəfəsində son 4 ildə təqdim edilmiş qurğularda “iOS 13” və “iPadOS 13” əməliyyat sistemlərinin yayılma dərəcəsi haqqında tərtibatçıları məlumatlandırıb.
“ICTnews” Elektron Xəbər Xidməti “digger.ru” saytına istinadən yazır ki, məlumata əsasən, son 4 ildə çıxarılmış “iPhone” smartfonlarının 92%-i “iOS 13”, 7%-i “iOS 12” sisteminin idarəetməsi altında işləyir.
Planşetlər üçün əməliyyat sisteminin aktual versiyası “iPadOS” son 4 ildə təqdim edilmiş “iPad” planşetlərinin 93%-nə quraşdırılıb.
Emil Hüseynov