Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

NRYTN-in bəzi dövlət qulluqçuları səmərəli fəaliyyətlərinə görə təltif ediliblər


Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən BMT-nin Dövlət Qulluğu Günü elan edilən 23 iyun tarixi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasında Dövlət Qulluqçularının Peşə Bayramı kimi qeyd edilir.
 
Bu gün münasibətilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adları aşağıda qeyd olunan əməkdaşları uzunmüddətli və səmərəli əmək fəaliyyətləri nəzərə alınaraq Fəxri Fərmanla təltif olunub və mükafatlandırılıblar.




 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatı üzrə:
 
Şahbazov Nazim Tofiq oğlu İnnovasiyalar və rəqəmli inkişaf şöbəsinin İnnovasiya siyasəti sektorunun müdiri
Məmmədov Anar Məlik oğlu Nəqliyyat sahəsinin tənzimlənməsi şöbəsinin Avtomobil nəqliyyatı sektorunun baş məsləhətçisi
Həmidov Nasir Əhməd oğlu Telekommunikasiya və poçt şöbəsinin Poçt sektorunun baş məsləhətçisi
Sadıqova Ülkər Həmid qızı Rabitə sahəsinin tənzimlənməsi şöbəsinin Arabağlantı və xidmətlər sektorunun böyük məsləhətçisi
 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti üzrə:
 
Əliyev İbrahim Müseyib oğlu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini
Əliyev Malik Lətif oğlu Daşımaların tənzimlənməsi şöbəsinin müdiri
Bayramov Ramin Bayram oğlu İnformasiya təhlili və informasiya texnologiyaları şöbəsinin müdiri
 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi üzrə:
Qasımov Ramil Hacalı oğlu Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin müdir müavini
Məmmədova - Məhərrəmova Günel Elxan qızı Sənədlərlə iş sektorunun baş məsləhətçisi
 






23/06/20    Çap et