Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada ən sürətli superkompüter hansıdır?


"Riken" Təbii Elmlər İnstitutunun hazırlaması olan "Fuqaku" superkompüteri dünyada ən sürətli elan edilib. "Kyodo" informasiya agentliyi yazır ki, bu barədə planetin ən məhsuldar superkompüterlərini müəyyənləşdirən "Top-500" beynəlxalq layihəsinin mütəxəssisləri məlumat veriblər.

 

"ICTnews" Elektron Xəbər Xidməti "tass.ru" saytına istinadən yazır ki, bu superkompüter "Fujitsu" elektrotexnika korporasiyası və "Riken" İnstitutunun mütəxəssisləri tərəfindən birgə işlənib hazırlanıb. Saniyədə 415 milyon kvadrilliondan çox hesablama etmək gücünə malikdir. Bu, ABŞ-ın Milli Laboratoriyasının hazırlaması olan "Summit" superkompüterinin sürətindən təxminən 2,8 dəfə çoxdur. Reytinqin 3-cü pilləsində, həmçinin ABŞ-ın superkompüteri yerləşib, 4-cü və 5-ci yerləri isə Çinin superkompüterləri tutublar.

 

"Yeni superkompüterin vacib özəlliyi elektrik enerjisindən istifadə vaxtı qənaətcil olmasıdır" – "Riken" İnstitutunun prezidenti Hirosi Maçumoto internet-konfrans vaxtı belə fikir səslənidirib. – Biz onu ilk növbədə dünyada süni intellekt sistemlərinin hazırlanması üçün ən böyük baza kimi istifadə etmək niyyətindəyik".

 

"Fuqaku" – bu, yaponlar üçün müqəddəs olan Fudzi dağının adlarından biridir. Superkompüterin 2021-ci ilin aprelindən etibarən tam gücü ilə işləyəcəyi gözlənilir. Hələ ki "Fuqaku" superkompüterinin gücündən qismən istifadə olunur.

 

Emil Hüseynov






23/06/20    Çap et