Cənubi Koreyanın üç ən böyük telekommunikasiya şirkəti ölkənin Daxili İşlər Nazirliyi ilə birgə sürücülük vəsiqəsinin "PASS" mobil tətbiqinə inteqrasiyası üzrə layihəni işə salır. İyul ayından etibarən sürücülük vəsiqəsi yalnız rəqəmli formada təqdim ediləcək.
"ICTnews" Elektron Xəbər Xidməti "hightech.plus" saytına istinadən yazır ki, "SK Telecom", "KT" və "LG Uplus" şirkətləri Cənubi Koreyanın polis idarəsi və "ATON" şirkəti ilə birgə sürücülük vəsiqəsinin rəqəmli versiyası üzərində işləyir və o, "Android" və ya "iOS" sistemlərinin idarəetməsi altında işləyən istənilən smartfona yüklənə bilər.
İstifadəçilər mobil proqramda rəqəmli lisenziya, şəkil, QR kod və ştrix koddan ibarət öz məlumatlarını qeyd edə biləcəklər. Proqramdakı məxfi informasiya ekran görüntüsünü kənar gözlərdən gizlədən xüsusi animasiya və blokçeyn texnologiyaları ilə qorunacaq. Sürücülük vəsiqəsi yalnız bir smartfonla əlaqələndirilə bilər.
Emil Hüseynov