Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada ən böyük “Android” planşetin çəkisi 100 kq təşkil edir


ABŞ-ın “ViewSonic” korporasiyası son texnoloji hazırlamalarından birini – hazırda dünyada ən böyük sensorlu 98 düymlük (245 sm) “ViewSonic IFP9850 4K Ultra HD” monitorunu təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, 20 sinxron toxunuşu tanımaq xüsusiyyəti bir neçə istifadəçiyə eyni vaxtda displeyin səthində həm stilus, həm də barmaqların köməyi ilə yazmağa və ya şəkil çəkməyə imkan verir.

 

“IFP9850 4K Ultra HD” monitoru iki ədəd 10 vattlıq stereodinamika və 15 vattlıq sabvuferlə təchiz edilib. Displey “Android 8” əməliyyat sisteminin idarəetməsi altında işləyir ki, bu da onu 3 QB əməli yaddaş və 16 QB daxili yaddaşa malik nəhəng planşetə çevirir. Qurğunun çəkisi təxminən 100 kq-dır, istehlak gücü isə 400 vattdır.

 

“MyViewBoard” proqram təminatı komanda daxilində birgə işləmək üçün böyük imkanlar yaradır. İstifadəçilər sevimli “bulud” xidmətlərinə təhlükəsiz giriş əldə edir, ümumi ofis fayllarının sadə çevrilməsi imkanı, QR-kodlarla mübadilə və bir çox başqa imkanlara yiyələnirlər.

 

Hələ ki yalnız ABŞ-da satılan “IFP9850 4K Ultra HD” qurğusunun qiyməti 9500 dollardır.

 

Emil Hüseynov






25/06/20    Çap et