Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Smartfonların avtonom işləmə müddətini xeyli yüksəltməyə imkan verən yeni texnologiya hazırlanıb


Müasir smartfonların ən zəif nöqtələrindən biri avtonom işləmə müddətidir. Dünya alimləri mobil cihazların avtonom işləmə müddətini xeyli artıracaq yeni tip akkumulyatorlar üzərində işləyirlər, amma yaxın gələcəkdə onların istehsalı gözlənilmir. Sinqapur alimləri enerji istehlakını azaltmaqla smartfonların iş vaxtını artırmağa qərar veriblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, Sinqapurun Milli Universitetinin mütəxəssisləri tərəfindən hazırlanmış metod məlumatların ötürülməsi zamanı sərf edilən enerjinin həcmini 80% azaltmağı vəd edir. Bu o deməkdir ki, yeni texnologiya nəticəsində smartfonlar qurğu daxilində və ya “hava ilə” informasiya mübadiləsi vaxtı 5 dəfə daha az enerji istifadə edəcəklər.

 

İstehlaka nəzarət ötürülən siqnalın amplitudasının dinamik tənzimlənməsi yolu ilə həyata keçirilir. Beləliklə, kritik əhəmiyyətli məsələlər üçün standart alqoritmlər tətbiq ediləcək, əksər hallarda isə proqram aşağı enerji istehlakını və maksimum səmərəliliyi təmin edə biləcək.

 

Emil Hüseynov






29/06/20    Çap et