Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiyada pozitiv sosial şəbəkə yaradılıb


Yaponiyada istifadəçilərə bütün fotoşəkil və dərc edilən yazılar üçün yalnız müsbət rəylər almağa imkan verən “Under World” adlı sosial şəbəkə hazırlanıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, mütləq qeydiyyat prosedurundan sonra istifadəçi fotoşəkillər dərc edə və məlumatlar paylaşa bilər. Onlar üçün moderatorlar tərəfindən emal edilən rəylər isə yalnız müsbət olacaq. Tərtibatçıların sözlərinə görə, istifadəçinin daha çox sevindirici informasiya əldə etməsi sayəsində onda ətrafda çoxlu yaxşı və mehriban insanın olması təəssüratı yaranacaq.

 

Yeni sosial şəbəkə platformasının əsas məqsədi insanlara emosional baxımdan mənfi informasiyadan xilas olmaq, dinc və mehriban mühitə daxil olmaq üçün kömək etməkdən ibarətdir.

 

Konsepsiyanın mahiyyətini izah edən tərtibatçılar bildiriblər ki, 2020-ci ildə insanların sosial şəbəkələrdən də yorulması müşahidə edilir. “Biz pozitiv sosial şəbəkə hazırlamaqla insanı emosional baxımdan dəstəkləməyin yolunu müəyyənləşdirdik”, – onlar qeyd edib.

 

Hazırda platformanın üç həftə ərzində eksperimental rejimdə işləyəcəyi bildirilir.

 

Nizam Nuriyev






30/06/20    Çap et