Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“mini-LED” ekranlı “MSI Creator 17” noutbuku satışa çıxarılıb


"MSI" şirkəti ilin əvvəlində "CES 2020" sərgisində təqdim edilən "Creator 17" noutbukunun satışlarına başlayıb. Bu, dünyada "mini-LED" ekranla təchiz edilən ilk noutbukdur.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, "MSI Creator 17" noutbuku 32 giqabaytlıq operativ yaddaş dəstəkli səkkiznüvəli "Intel Core i7-10875H" prosessoru əsasında qurulub və "NVIDIA GeForce RTX 2080 SUPER" videokartı ilə təchiz edilib. Bundan başqa, yeni qurğu 1 terabayt tutumlu "NVMe" bərkcisimli toplayıcısına malikdir.

 

Noutbukun "4K" təsvir ölçülü və "DCI-P3" rəng məkanını 100 faiz əhatə edən 17,3 düym diaqonallı "mini-LED" displeyi maksimal 1000 kandel/kvadratmetr parlaqlıq göstəricisinə malikdir. Qurğunun ekranının daha bir xüsusiyyəti 240 lokal tündləşmə zonasının mövcudluğundadır. Noutbukun qabaritləri 396,1 х ​​259,4 х 20,25 mm, çəkisi 2,5 kq təşkil edir. Modelin interfeyslər siyahısı "Thunderbolt 3", "USB Type-C 3.2" portları və üç "USB Type-A" çıxışı, eləcə də "Wi-Fi 6" modulu ilə təqdim olunur.

 

"MSI Creator 17" noutbukunun Çində ilkin sifariş qiyməti 3255 dollara bərabərdir.

 

Nizam Nuriyev






02/07/20    Çap et