Mətni videoya çevirən “synthesia.io” adlı yeni platforma istifadəyə verilib. Funksiyadan rəsmi saytda istifadə etmək olar.
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, yeni funksiyadan istifadə etmək üçün mətn senarisini daxil edib "Yarat" düyməsinə sıxmaq lazımdır. Video bir neçə dəqiqədən sonra hazır olur, standart ölçü olduqda bu, 15 dəqiqə vaxt aparır.
Yeni platforma 34 dildə əlçatandır. Standart generasiya vaxtı mətn aktrisa Anna tərəfindən oxunulur, ondan başqa digər 10 personajdan birini seçmək olar.
Xidmətin yaradıcıları yeni xidmətdən iş təqdimatları və başqa məqsədlər üçün istifadə etməyi təklif edirlər.
Emil Hüseynov