Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” korporasiyası “Windows 8” üçün proqram mağazası haqqında məlumat verib (VİDOE)


“Microsoft” korporasiyası yeni “Windows Store” proqramlar mağazasının test edilməsinə “Windows 8” əməliyyat sisteminin beta-versiyasının çıxması ilə eyni anda başlayacaq.

“Microsoft”-dan bildiriblər ki, “Windows 8” konsepsiyasına uyğun olan “Windows Store” interfeysi proqramlar kataloqu üzrə maksimal dərəcədə rahat və sadə naviqasiya təmin edəcək.

Axtarış vasitələri, kateqoriyalar üzrə proqramlara baxış imkanı və s. mövcuddur. “Windows Store” mağazasında pulsuz və pullu proqramlar olacaq; pullu proqramların qiyməti 1,49 dollardan 999 dollara qədər təşkil edə bilər.

“Microsoft” korporasiyası tərtibatçıların gəlirindən 30% götürmək niyyətindədir, lakin əgər hansısa bir proqram satışından əldə edilən gəlir 25 min dolları ötsə, vergi 20% olacaq. “Windows Store” mağazasında qeydiyyat üçün fərdi tərtibatçılar 49 dollar, şikətlər isə 99 dollar ödəməli olacaqlar.

Mağaza kataloqu axtarış sistemləri tərəfindən indeksləşdiriləcək, bu isə proqramların seçilməsini və satın alınmasını sadələşdirəcək.






07/12/11    Çap et